Главная > Manset / Dünya > AK rəhbəri Rusiyanın “Taxıl sazişi”ndə iştirakını dayandırmaq qərarını pisləyib

AK rəhbəri Rusiyanın “Taxıl sazişi”ndə iştirakını dayandırmaq qərarını pisləyib


17-07-2023, 15:17. Разместил: azadses
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiyanın “Taxıl sazişi”ndə iştirakını dayandırmaq qərarını pisləyib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə son qoymaqla bağlı riyakar addımını qətiyyətlə pisləyirəm”, - AK rəhbəri qeyd edib.

O, Avropa İttifaqının dünyanın həssas əhali qrupları üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını vurğulayıb.


Вернуться назад