Главная > Manset / Cəmiyyət > Əhliman Əmiraslanov: “15 iyulda Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq ayaqda idi”

Əhliman Əmiraslanov: “15 iyulda Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq ayaqda idi”


15-07-2023, 12:00. Разместил: azadses
“15 iyulda Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq ayaqda idi”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Əhliman Əmiraslanov Türkiyənin "15 İyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə Bakıda keçirilən konfransda səsləndirib.

Onun sözlərinə görə, 15 iyul hadisələri qardaş Türkiyənin dövlətçiliyinə qarşı xaricdən və daxildən törədilmiş çevriliş cəhdi idi. O zaman Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq ayaqda idi.

Deputat bildirib ki, böyük dövlətçilik ənənəsi olan türk xalqı öz dövlətini və Prezidentini qorudu: “O gecə türk xalqının öz dövlətçiliyinə sahib çıxması Türkiyənin dünyadakı nüfuzunun daha da artmasına səbəb oldu. Azərbaycanda da bu cür cəhdlər olub. Ancaq ölkəmizdə də Ulu Öndər Heydər Əliyevin böyük nüfuzu və dövlətçilik təcrübəsinin nəticəsində bu çevrilişlərin qarşısı alınıb”.

Ə.Əmiraslanov xatırladıb ki, yaxın zamanlarda Türkiyədə keçirilən prezident və parlament seçkilərinə xalqın münasibəti bütün dünyaya verilən daha bir mesaj idi: “Türk xalqı bununla bildirdi ki, öz dövlətçiliyinin və seçdiyi liderin daim keşiyindədir”.


Вернуться назад