Главная > Manset / Cəmiyyət > Dünya əhalisi portağal şirəsinə həsrət qalacaq

Dünya əhalisi portağal şirəsinə həsrət qalacaq


14-07-2023, 12:33. Разместил: azadses
Dünya sakinlərini içki hazırlamaq üçün lazım olan portağal şirəsi konsentratının qıtlığı və bahalaşması gözləyir.

Bu, dünyanın ən böyük portağal tədarükçüsü olan Braziliyada məhsulun az olması ilə bağlıdır.
Digər mühüm qlobal təchizatçılar da oxşar problemlərlə üzləşiblər.

Məsələn, ABŞ-də qasırğalar və sitrus bağçılığı ilə bağlı bitki xəstəliklərinin yayılması məhsuldarlığın kəskin azalmasına səbəb olub. Əlverişsiz hava şəraiti qonşu Meksikada və İspaniyada da böhrana səbəb olub.

Xatırladaq ki, son bir il ərzində 453 qram dondurulmuş portağal şirəsi konsentratının qiyməti 30%-dən çox artaraq 2,02 dollardan 2,73 dollara qalxıb. Eyni zamanda, may ayının sonunda maksimum qiymət demək olar ki, 2,94 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, keçən ilin əvvəlində eyni həcmdə konsentrat cəmi 1,42 dollara başa gəlirdi.
Gələn il Braziliya və ABŞ-də aşağı məhsuldarlıq davam edərsə, bu, qlobal sitrus bazarında böhranı daha da gücləndirə bilər.

Mənbə: lenta.ru
Вернуться назад