Главная > Manset / Dünya > Pentaqon: “Vaqner” artıq Ukraynadakı döyüşlərdə iştirak etmir
Pentaqon: “Vaqner” artıq Ukraynadakı döyüşlərdə iştirak etmir14-07-2023, 10:57. Разместил: azadses |
“Vaqner” özəl hərbi şirkətinin bölmələri Ukrayna ərazisində fəaliyyətini dayandırıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib. “İndiki mərhələdə biz “Vaqner” qüvvələrinin Ukraynada hərbi əməliyyatlara dəstək verməkdə əhəmiyyətli rol oynadığını görmürük”, - o deyib. Həmçinin qeyd olunub ki, Rusiyanın Müdafiə Nazirliyi iyulun 12-də “Vaqner”çilərin Rusiyanın nizami silahlı qüvvələrinə silah təhvil verilməsini başa çatdırdığını açıqlayıb. Вернуться назад |