Главная > Manset / Dünya > ABŞ Mərkəzi Asiyaya Rusiya sanksiyalarının fəsadlarının aradan qaldırmağa kömək etdiyini bildirib

ABŞ Mərkəzi Asiyaya Rusiya sanksiyalarının fəsadlarının aradan qaldırmağa kömək etdiyini bildirib


14-07-2023, 09:20. Разместил: azadses
ABŞ Rusiya əleyhinə sanksiyaların fəsadlarını aradan qaldırmaq üçün Mərkəzi Asiya ölkələri ilə işləyir və onlara Moskva və Pekinlə işləmək üçün alternativ təklif etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Elizabet Horst Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə bildirib.

“Onlar bizdən sanksiyalar məsələsində dəstək istəyirlər, təzyiqə (Rusiya və Çinin – red.) müqavimət göstərməyin yollarını tapmaqda kömək istəyirlər, alternativ istəyirlər. Biz sanksiyalar məsələsində onlarla, xüsusən də Özbəkistan və Qazaxıstanla iqtisadiyyatları çökməsin deyə çox fəal əlaqə saxlayırıq”, - diplomat qeyd edib.

O əlavə edib ki, ABŞ-nin indi Mərkəzi Asiya dövlətləri ilə əlaqələri gücləndirmək imkanı var. Horstun sözlərinə görə, Vaşinqtonun bu ölkələrə göndərdiyi mesaj həm Rusiya, həm də Çinlə münasibətlərə “alternativi ehtiva edir”. O, həmçinin diqqətə çatdırıb ki, ABŞ və Qazaxıstanın “energetika sektorunda çoxdankı əlaqələri” var, bununla əlaqədar Vaşinqton Astananın bu sahədə Moskvadan asılılığını azaltmağa çalışır.


Вернуться назад