Главная > Manset / Dünya > İstanbulda Fətullah Gülənin qardaşı oğlu saxlanılıb REGİON

İstanbulda Fətullah Gülənin qardaşı oğlu saxlanılıb REGİON


14-07-2023, 08:32. Разместил: azadses
İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən həyata keçirilən Fətullahçı Terror Təşkilatı – Paralel Dövlət Strukturu (FETÖ/PDY) istintaqı çərçivəsində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və MİT ilə koordinasiyada həyata keçirilən əməliyyatda təşkilat lideri Fətullah Gülənin qardaşı Məsih Gülənin oğlu Selman Gülən, barəsində axtarış qərarı olan həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk, qayınanası Mine Öztürk ilə birlikdə Sancaktepedə gizli evlərin birində yaxalanıblar.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, istintaq çərçivəsində barəsində qaçaq şəxslərin 1 ilə yaxındır ki, sözügedən evdə gizləndikləri, təşkilat rəhbərinin əmri ilə banka pul yatırdıqları, qurumun dərnək və vəqflərində rəhbər vəzifələr tutduqları, təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olub, haqlarında quruma üzv olduqları barədə açıqlamalar verilib.

Təşkilatın hazırkı maliyyə strukturunda Selman Gülənin hələ də aktiv olduğu müəyyən edilib.

Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallarla yanaşı, külli miqdarda xarici valyuta və 2 ədəd saxta şəxsiyyət vəsiqəsi müsadirə edilib.

Şübhəli şəxslər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.


Вернуться назад