Главная > Manset / Dünya > Ukrayna müdafiə nazirinin müavini ordunun Donetsk və Zaporojye vilayətlərində irəlilədiyini açıqlayıb
Ukrayna müdafiə nazirinin müavini ordunun Donetsk və Zaporojye vilayətlərində irəlilədiyini açıqlayıb14-07-2023, 07:44. Разместил: azadses |
Ukrayna Silahlı Qüvvələri Donetsk və Zaporojye vilayətlərində irəliləməyə davam edir, qismən uğur qazanıblar və indi alınmış mövqelərdə möhkəmlənir. “Report” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda bildirib. “ŞƏRQ. Şərqdə, dünən olduğu kimi, bu gün də vəziyyət qaynardır. Düşmən Kupyansk, Liman, Avdiivka və Mariinka istiqamətlərində hücumlarını davam etdirib. Müdafiəçilərimiz düşməni var gücü ilə saxlayıblar və buna nail olublar. Hazırda şiddətli döyüşlər davam edir. Baxmut istiqamətinin cənub cinahında, dünən olduğu kimi, döyüşlər və güclü düşmən müqaviməti ilə irəliləyiş var. Şimal cinahda düşmən hücuma keçərək itirilmiş mövqelərini geri qaytarmağa çalışıb. Amma uğursuz olub. CƏNUB. Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatı aparılır. Novodanilovka, Balka Şırokaya; Malaya Tokmaçka, Novopokrovka istiqamətlərində qoşunlarımız uğur qazanıb və indi əldə olunan xətlərdə möhkəmlənməkdədirlər”, - müdafiə nazirinin müavini qeyd edib. Malyar əlavə edib ki, qarşı tərəf mümkün bütün ehtiyatı istismar edir. O vurğulayıb ki, Ukrayna döyüşçülərinin Rusiyanın texnika anbarlarını gündəlik məhv etməsinə görə qarşı tərəfin atəşlərində müəyyən səngimə müşahidə olunur. Вернуться назад |