Главная > Manset / İqtisadiyyat > Neft cüzi bahalaşıb

Neft cüzi bahalaşıb


13-07-2023, 14:21. Разместил: azadses
Dünya bazarında neftin qiyməti cüzi artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,24% bahalaşaraq 80,3 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,18 % artaraq 1 bareli 75,89 ABŞ dolları təşkil edib.

Ötən gün açıqlanmış məlumata görə, ABŞ-da istehlak qiymətlərinin artım tempi 2021-ci ilin mart ayından sonra minimumu yeniləyərək, may ayındakı 4 %-dən iyun ayında 3 %-ə düşüb. Analitiklər orta hesabla 3,1 %-ə qədər azalmanın qeydə alınacağını gözləyirdilər.


Вернуться назад