Главная > Manset / Cəmiyyət > İş fəaliyyətinin davamlılığının təmin edilməsinə dair yeni standart qəbul edilib

İş fəaliyyətinin davamlılığının təmin edilməsinə dair yeni standart qəbul edilib


11-07-2023, 21:55. Разместил: azadses
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ISO 22301:2019 “Security and resilience. Business continuity management systems Requirements” beynəlxalq standartı əsasında AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” dövlət standartını qəbul edib.

Bu barədə "Report"a AZSTAND-dan bildirilib.

Məlumata görə, yeni standart dövlət qurumlarında, özəl müəssisə və təşkilatlarda, səhiyyə müəssisələrində, tikinti şirkətlərində xüsusilə bank, sığorta və telekommunikasiya kimi müəyyən sahələrdə iş fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi böyük əhəmiyyətə malikdir. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəedilməsi təşkilatda baş verə biləcək potensial risklərin və fəaliyyət pozulmalarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə imkan verəcək. Standartın tətbiqi müəssisə və təşkilatlarda iş fəaliyyətinin (biznesin) davamlılığının təmin edilməsinə, informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsinə, elektron xidmətlərin sayının artırılmasına şərait yaradacaq.

Standart iş fəaliyyətinin (biznesin) pozulmalarından qorunmaq, onların baş vermə ehtimalını azaltmaq, bu cür hallara hazırlaşmaq, baş verdikdə əks tədbir görmək və bərpa olunmaq məqsədilə idarəetmə sisteminin həyata keçirilməsi, təmin edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir. Sözügedən standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitəsind (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.


Вернуться назад