Главная > Manset / Dünya > Sabah Vilnüsdə Volodimir Zelenski və Cozef Bayden arasında görüş olacaq

Sabah Vilnüsdə Volodimir Zelenski və Cozef Bayden arasında görüş olacaq


11-07-2023, 20:11. Разместил: azadses
Sabah, iyulun 12-də Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olacaq.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, tərəflər NATO-nun sammiti çərçivəsində bir araya gələcəklər.

V.Zelenski və C.Bayden Ukraynadakı müharibəni müzakirə edəcəklər.

Ağ Evdən verilən məlumata görə, sammit çərçivəsində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı “yol xəritəsi” müəyyənləşəcək.


Вернуться назад