Главная > Manset / Dünya > ABŞ-ın Müharibə İnstitutu: Rusiyanın 6 ayda tutduğu əraziləri Ukrayna 5 həftədə azad edib

ABŞ-ın Müharibə İnstitutu: Rusiyanın 6 ayda tutduğu əraziləri Ukrayna 5 həftədə azad edib


11-07-2023, 07:47. Разместил: azadses
Rusiyanın yarım ildə tutduğu əraziləri Ukrayna Silahlı Qüvvələri 5 həftədir davam edən əks-hücum nəticəsində işğaldan təmizləyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə İnstitutunun (ISW) yaydığı məlumatda bildirilib.

Məlumata görə, iyulun 10-da Ukrayna qoşunları azı 3 istiqamətdə əks-hücuma keçib: Baxmut, Berdyansk (Donteskin qərbi-Zaporojye vilayətinin şərqi), Melitopol (Zaporojye vilayətinin qərbi).

Hesabata əsasən, iyunun 4-dən Ukrayna müdafiəçiləri 253 kv. km. sahəni işğaldan azad edib. Rusiya hərbçiləri isə 2023-cü il yanvarın 1-dən etibarən son 6 ayda 282 kv. km-lik ərazini işğal edib.


Вернуться назад