Главная > Manset / Cəmiyyət > Nizami rayonunda oğul atasını qətlə yetirməkdə şübhəli bilinir - YENİLƏNİB

Nizami rayonunda oğul atasını qətlə yetirməkdə şübhəli bilinir - YENİLƏNİB


9-07-2023, 10:20. Разместил: azadses
İyulun 9-u saat 02 radələrində paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Nizami rayon prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərvin Yusifov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

06:58
İyulun 9-da saat 02 radələrində Bakının Nizami rayonunda evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 1993-cü il Y.Pərvin polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад