Главная > Manset / Dünya > Özbəkistanda növbədənkənar prezident seçkilərinin səsverməsi başlayıb

Özbəkistanda növbədənkənar prezident seçkilərinin səsverməsi başlayıb


9-07-2023, 09:32. Разместил: azadses
Özbəkistanda növbədənkənar prezident seçkilərində ölkənin diplomatik və digər nümayəndəliklərinin nəzdində təşkil olunmuş 39 xarici ölkədəki 56 məntəqə istisna olmaqla, demək olar ki, bütün 10 784 seçki məntəqəsində səsvermə başlayıb.

“Report” xəbər verir ki, seçkilərdə onlarla dövləti və beynəlxalq təşkilatı təmsil edən 800-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən 1500-ə yaxın yerli və xarici jurnalist akkreditasiyadan keçib.

Qeyd edək ki, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev seçkilərdə prezidentliyə namizəddirlər.


Вернуться назад