Главная > Manset / Siyasət > Korrea: “Azərbaycan Prezidentinin Fransa müstəmləkəçiliyi ilə bağlı çıxışından təsirləndim”

Korrea: “Azərbaycan Prezidentinin Fransa müstəmləkəçiliyi ilə bağlı çıxışından təsirləndim”


6-07-2023, 22:05. Разместил: azadses
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısının açılışı zamanı Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı çıxışı məni təsirləndirdi”.

Bunu "Report"a açıqlamasında Cənub Mərkəzinin (South Centre) icraçı direktoru Karlos Korrea deyib.

O, dövlət başçısının çıxışını dürüst və cəsarətli adlandırıb.

Karlos Korreanın sözlərinə görə, Qoşulmama Hərəkatı dünya əhalisinə qarşı mənfi təsir göstərən ölkələrə qarşı fəal tədbirlər görməli, BMT Nizamnaməsinə uyğun olaraq hüquqi sanksiyalar tətbiq etməlidir.

“QH qlobal gündəliyi müzakirə etmək üçün əla fürsətdir, bu, çox vacib platformadır”, - o əlavə edib.

Xatırladaq ki, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.


Вернуться назад