Главная > Manset / Dünya > Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi: “Fransa bizi insan hesab etmir”
Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi: “Fransa bizi insan hesab etmir”6-07-2023, 07:44. Разместил: azadses |
“Fransa bizi insan hesab etmir”. “Report”un xəbərinə görə, bunu Müstəqil Martinik naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, bu gün tətbiq olunan mədəniyyət və qaydalar heç vaxt onlarda olmayıb: “Bizi fərqli paradiqmaya məruz qoyurlar. Elə tədbirlər görürlər ki, biz hazırda tətbiq olunan siyasəti doğru kimi qəbul edək. Bizdən tələb edirlər ki, özümüzü cansız ev əşyası kimi hiss edək”. Onun sözlərinə görə, elə bir status yaradılıb ki, insanlar quldarlığın zəncirindən çıxa bilmirlər: “Ölkədə məcburi icbari əmək tətbiq edirlər. Fransa bizi insan hesab etmir. Bizdəki izsizliyin miqdarı nəzərə alınmır. Fransa bizə deyir ki, siz azad edilmisiniz. Fransa bütün əzablara səbəb olub. Biz bundan azad olmağa çalışırıq”. Вернуться назад |