Главная > Manset / İdman > Braziliya millisinin baş məşqçisi açıqlanıb, yığma 2024-cü ildə Ançelottiyə tapşırılacaq

Braziliya millisinin baş məşqçisi açıqlanıb, yığma 2024-cü ildə Ançelottiyə tapşırılacaq


5-07-2023, 09:31. Разместил: azadses
Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.

"Report" Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Fernando Dinizə tapşırılıb.

49 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilmiş Titeni əvəzləyib.

"Fluminense" klubunun da baş məşqçisi olan Fernando Diniz oradakı vəzifəsinə də davam edəcək.

Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges açıqlamasında 2024-cü ildə komandaya İspaniya "Real Madrid"ində çalışan Karlo Ançelottinin rəhbərlik edəcəyini söyləyib. O, italiyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacağını vurğulayıb.


Вернуться назад