Главная > Manset / İdman > Musa Qurbanlı Stokholma gedib, İsveç klubu hücumçunun keçidinə münasibət bildirib

Musa Qurbanlı Stokholma gedib, İsveç klubu hücumçunun keçidinə münasibət bildirib


3-07-2023, 09:59. Разместил: azadses
İsveçin “Yurqarden” klubunun idman direktoru Bosse Andersson "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının mümkün keçidinə münasibət bildirib.

"Report"un məlumatına görə, funksioner "Varberq"ə 2:0 hesabı ilə qalib gəldikləri çempionatın XIII tur oyunundan sonra bu barədə "Football" telekanalına açıqlama verib.

Andersson 21 yaşlı forvardın həmin qarşılaşmanı "Tele2 Arena"da tribunadan izlədiyini söyləyib: "O, burada idi. Matça baxırdı. Bu isə o deməkdir ki, bizim danışığımız var. Musa haqqında yaxşı təəssürat yaranıb. Çox qol vuran, millidə və "Qarabağ" klubunda çıxış edən hücumçudur".

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"ın əsas komandasındadır. Onun Stokholm təmsilçisi ilə üçillik müqavilə imzalayacağı gözlənilir.


Вернуться назад