Главная > Manset / Dünya > Rusiyalı milyarder ölkə vətəndaşlığından imtina etdi
Rusiyalı milyarder ölkə vətəndaşlığından imtina etdi30-06-2023, 19:46. Разместил: azadses |
Milyarder, Rusiyada ilk müstəqil qaz şirkəti “İtera”nın yaradıcısı və “Areti” beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov 2023-cü ildə Rusiya vətəndaşlığından imtina edərək Kipr Respublikasının vətəndaşı olaraq qalıb. Bunu “Forbes” jurnalının saytında biznesmenin profilindən əldə edilən məlumatlar sübut edir. Makarovun sərvəti 2,1 milyard dollar qiymətləndirilir, o, nəşrin milyarderləri reytinqində 1466-cı yeri tutur. İş adamı 2020-ci ildən Kiprin “qızıl pasportu”nun sahibidir. Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Makarov Böyük Britaniya və Kanadanın sanksiya siyahısına daxil edilib. Вернуться назад |