Главная > Manset / İdman > Avropa Oyunları: Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib

Avropa Oyunları: Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib


30-06-2023, 14:10. Разместил: azadses
Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

"Report"un məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.

İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Əvəzində isə Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 34-ü çempionluq sevinci yaşayıb.


Вернуться назад