Главная > Manset / Cəmiyyət > Mətbuat Şurasının sədri: "Fransada AzTV-nin çəkiliş qrupuna hücumu pisləyirik"

Mətbuat Şurasının sədri: "Fransada AzTV-nin çəkiliş qrupuna hücumu pisləyirik"


29-06-2023, 11:38. Разместил: azadses
"Mətbuat Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücumu kəskin şəkildə pisləyir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, jurnalistlərə qarşı təzyiq yolverilməzdir: "Biz baş verən hadisədən narahatıq. Mətbuat Şurası yaxın saatlarda bununla bağlı bəyanat yayacaq".

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.


Вернуться назад