Главная > Manset / Dünya > Rusiya KİV: Ukrayna əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb

Rusiya KİV: Ukrayna əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb


27-06-2023, 08:46. Разместил: azadses
Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov bildirib.

O qeyd edib ki, Ukrayna ordusu Zaporojye vilayətinin Haliaipole şəhərinə ehtiyat qüvvələr yerləşdirib.

V.Roqovun sözlərinə görə, Ukrayna ordusunun strateji ehtiyat qüvvələri Zaporojye və Dneprdə cəmləşib.

Onun fikrincə, bu, həm də Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ikinci mərhələsini göstərə bilər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri iyunun 4-dən hücum əməliyyatlarına başlayıb.


Вернуться назад