Главная > Manset / Cəmiyyət > Düşmən sipəri!

Düşmən sipəri!


26-06-2023, 15:58. Разместил: azadses
Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyətinin azadlıq, dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşə-döyüşə yaranıb.

Silahlı Qüvvələrimiz ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyan hərbi gücdür.

Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsində ordunun yaradılması vurğulanıb. İlk hərbi nazir Xosrov bəy Sultanov olub.

Həmin dövrdə Azərbaycan Ordusu bir neçə istiqamətdə döyüşürdü. Əsas qüvvələr Qarabağda erməni silahlılarına və o vaxtkı havadarlarına qarşı mübarizə aparırdı.

Əslində, 105 yaşlı ordunun tarixində azadlıq, müstəqillik, ərazi bütövlüyü, torpaqların işğaldan azad edilməsi başlıca tapşırıq olub.

Cümhuriyyətin süqutu ilə Azərbaycan Ordusu da ləğv edildi. Nəticədə keçmiş SSRİ rəhbərliyi bölgədə erməniləri nəzərə alaraq qondarma vilayət belə yaratdı. Ordusuz, deməli, müstəqil dövlət olmayan Azərbaycanın bu ərazilərinə ermənilərin, havadarlarının qanunsuz və əsassız iddiaları 100 il davam etdi.


Вернуться назад