Главная > Manset / Dünya > ABŞ institutu: “Yevgen Priqojin ya könüllü təslim olmalı, ya da müqavimət göstərməli idi”
ABŞ institutu: “Yevgen Priqojin ya könüllü təslim olmalı, ya da müqavimət göstərməli idi”24-06-2023, 20:35. Разместил: azadses |
“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin üsyana sağ qalmaq cəhdi kimi baxır”. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb. Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyinin “Vaqner”i tamamilə özünü tabe etmək istiqamətindəki səyləri Priqojinin bu təşkilata nəzarəti tamamilə itirməsinə səbəb ola bilərdi: “Yevgen Priqojin ya könüllü təslim olmalı, ya da Müdafiə Nazirliyinə müqavimət göstərməli idi. O, həlledici qərar verməyə məcbur idi. Görünür, “Vaqner” rəhbərliyi ikinci variantı seçib”. Amerikalı analitiklərin fikrincə, Y.Priqojin yüksək rütbəli rus zabitlərinin və hərbi qulluqçularının etimadını qazanmaq istəyirdi: “Ordu generalı Sergey Surovikin isə onun hərəkətlərini pislədi. Bu, onu deməyə əsas verir ki, “Vaqner” rəhbəri məqsədinə çata bilməyəcək”. ABŞ institutu xatırladıb ki, Y.Priqojin bütün Rusiya ordusunu “Vaqner”ə qoşulmağa çağırıb: “O, müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu on minlərlə rus əsgərinin əbəs yerə ölümündə günahlandırıb. Y. Priqojin, çox güman “Vaqner”ə verilən dəstəklə bağlı yanılıb. Çünki “Vaqner”in əsas müttəfiqlərindən biri olan S. Surovikin belə “Vaqner”in şəxsi heyətini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb”. Bildirilib ki, “Vaqner” in açıq-aşkar təhdidlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyində ciddi dəyişikliklərin olacağı gözlənilmir: “S. Şoyqu və V. Gerasimov Prezident Vladimir Putinə sadiq kadrlardır. Odur ki, V. Putin ehtimal edilən dəyişlikliyə imkan verməz”. Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir. Вернуться назад |