Главная > Manset / Cəmiyyət > Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin həbs müddəti yenidən uzadılıb
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin həbs müddəti yenidən uzadılıb23-06-2023, 19:10. Разместил: azadses |
Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb. Qeyd edək ki, general-mayoru T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir. Вернуться назад |