Главная > Manset / Cəmiyyət > AZAL: Bakıdan Naxçıvana təxirə salınmış 4 reys həyata keçirilib, daha bir təyyarə saat 10:40-da uçacaq - YENİLƏNİB-2
AZAL: Bakıdan Naxçıvana təxirə salınmış 4 reys həyata keçirilib, daha bir təyyarə saat 10:40-da uçacaq - YENİLƏNİB-223-06-2023, 08:44. Разместил: azadses |
Naxçıvanda hava şəraitinin müvəqqəti yaxşılaşması ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” dünəndən etibarən təxirə salınmış 4 reys həyata keçirib: J2-2251, J2-265, J2-261 və J2-257. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gecikmiş J2-267 reysinin sərnişinlərinin Bakıdan Naxçıvana saat 10:40-da uçacağı gözlənilir. Bu marşrut üzrə digər gecikmiş reyslərin sərnişinlinə uçuş vaxtı haqqında əlavə məlumat mümkün olduğu təqdirdə veriləcək. Meteoroloqların proqnozuna görə, Naxçıvanda hava şəraiti gündüz saatlarında yenidən pisləşə bilər, bununla əlaqədar AZAL sərnişinlərdən reysinin yola salınması ilə bağlı məlumat gözləməyi və daha sonra hava limanına gəlməyi xahiş edir. Gecikmiş reyslərlə bağlı aktual məlumatı aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə əldə etmək, həmçinin [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür. 01:15 “Azərbaycan Hava Yolları”nın əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana təxirə salınmış reysləri hava şəraiti yaxşılaşdığı təqdirdə iyunun 23-də saat 06:00-da yerinə yetiriləcək. Bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Reyslər: J2-2251 (uçuş saatı 17:30), J2-265 (uçuş saatı 18:00), J2-261 (uçuş saatı 19:40), J2-257 (uçuş saatı 21:30), Bu marşrut üzrə təxirə salınmış digər reyslərin sərnişinlərinə uçuş saatı haqqında əlavə məlumat daha sonra veriləcək. Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, eləcə də [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər. 22.06.2023. 23:31 Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumatda deyilir. AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir. ⠀ Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir. ⠀ Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar. ⠀ Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək. Вернуться назад |