Главная > Manset / İdman > III Avropa Oyunları: Azərbaycan bu gün ilk medallarını qazana bilər
III Avropa Oyunları: Azərbaycan bu gün ilk medallarını qazana bilər22-06-2023, 07:55. Разместил: azadses |
Polşada keçirilən III Avropa Oyunları davam edir. “Report”un məlumatına görə, bu gün ilk medalçılar müəyyənləşəcək. Azərbaycan idmançıları yarışın üçüncü günündə atletika, karate və atıcılıq növlərində mübarizə aparacaqlar. Azərbaycana ilk medalları bu gün karateçilər və atıcılar qazandıra bilərlər. Atletlər isə yarışda çıxışlarını başa vuracaqlar. Karate 11:00. Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq) Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) Atletika 12:05. Qadınlar, 200 m: İlahə Quliyeva 12:25. Kişilər, 200 m: Aleksey Əliəkbərov 12:28. Kişilər, nüvə itələmə: İsmayıl Əliyev 12:55. Qadınlar, uzunluğa tullanma: Fəxriyyə Tağızadə 13:40. Kişilər, 5000 m: Elman Abışov 14:20. Qadınlar, 1500 m: Anna Yusupova 14:42. Qarışıq estafet, 4x400 m: Azərbaycan yığması Atıcılıq 13:15. Kişilər, tapança, 10 m: Ruslan Lunyov 15:15. Qadınlar, tapança, 10 m: Nigar Nəsirova, Nəzrin Abbaslı Вернуться назад |