Главная > Manset / İdman > AVRO-2024: Azərbaycan millisinin qrupunda Avstriya İsveçi, Estoniya Belçikanı qəbul edəcək

AVRO-2024: Azərbaycan millisinin qrupunda Avstriya İsveçi, Estoniya Belçikanı qəbul edəcək


20-06-2023, 09:14. Разместил: azadses
Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində IV tura yekun vurulacaq.

“Report”un məlumatına görə, beş qrupda ümumilikdə 11 görüş keçiriləcək.

Azərbaycan millisinin yer aldığı F qrupunda iki qarşılaşma olacaq. Canni De Byazinin kollektivinin istirahət etdiyi turda qrupun lideri Avstriya seçməsi İsveçi qəbul edəcək. Üç gün əvvəl Bakıda Azərbaycan yığması ilə heç-heçə edən Estoniya isə doğma arenasında Belçika ilə üz-üzə gələcək.

AVRO-2024 seçmə mərhələ
20 iyun

A qrupu
22:45. Şotlandiya – Gürcüstan
22:45. Norveç – Kipr
Xal durumu: Şotlandiya – 9 xal (3 oyuna), Gürcüstan - 4 (2), İspaniya - 3 (2), Norveç – 1 (3), Kipr - 0 (2)

E qrupu
22:45. Moldova – Polşa
22:45. Farer adaları – Albaniya
Xal durumu: Çexiya – 7 xal (3 oyuna), Polşa – 3 (2), Albaniya – 3 (2), Moldova – 2 (3), Farer adaları – 1 (2)

F qrupu
22:45. Avstriya – İsveç
22:45. Estoniya – Belçika
Xal durumu: Avstriya – 7 xal (3 oyuna), Belçika – 4 (2), İsveç – 3 (2), Estoniya – 1 (2), Azərbaycan – 1 (3)

G qrupu
22:45. Macarıstan – Litva
22:45. Bolqarıstan – Serbiya
Xal durumu: Serbiya – 6 xal (2 oyuna), Macarıstan - 4 (2), Monteneqro – 4 (3), Litva – 1 (2), Bolqarıstan – 1 (3)

J qrupu
22:45. İslandiya – Portuqaliya
22:45. Bosniya və Herseqovina – Lüksemburq
22:45. Lixtenşteyn – Slovakiya
Xal durumu: Portuqaliya – 9 xal, Slovakiya – 7, Lüksemburq – 4, Bosniya və Herseqovina – 3, İslandiya – 3, Lixtenşteyn – 0.


Вернуться назад