Главная > Manset / Dünya > “Çelsi”ni satan Abramoviç pulu Ukraynaya köçürməkdən imtina edib
“Çelsi”ni satan Abramoviç pulu Ukraynaya köçürməkdən imtina edib19-06-2023, 14:04. Разместил: azadses |
“Çelsi”nin keçmiş sahibi olan rusiyalı milyarder Roman Abramoviç klubun satışından əldə edilən vəsaiti Ukraynaya köçürməkdən imtina edib. Məlumata görə, vəsait 2022-ci ilin yayında göndərilməli idi, lakin bu, baş verməyib. Bildirilir ki, Böyük Britaniya hökumətinin dondurduğu 2,3 milyard funt-sterlinqin Ukraynaya göndərilməsi üçün Abramoviçin imzası lazımdır. O isə pulun Ukrayna ilə Rusiya arasında bölüşdürülməsini istədiyi üçün sənədi imzalamaqdan imtina edir. Qeyd edək ki, klubun satışı 26 may 2022-ci ildə baş tutub. Komanda hazırda Todd Boeli konsorsiumuna məxsusdur. Sövdələşmənin dəyəri 5,33 milyard dollar təşkil edib. Mənbə: lenta.ru Вернуться назад |