Главная > Manset / Dünya > Danimarka “F16”ların Ukraynaya verilməsinin şərtini açıqladı

Danimarka “F16”ların Ukraynaya verilməsinin şərtini açıqladı


18-06-2023, 21:04. Разместил: azadses
“Danimarka Ukraynaya döyüş təyyarələrinin verilməsini dəstəkləyəcək. Amma bu, yalnız “F16” təyyarələrini istehsal edən ABŞ-ın dəstəyi ilə baş verəcək”.

Bu açıqlama ilə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen çıxış edib.

“Demək istərdim ki, bizim bunu dəstəkləməyəcəyimizi təsəvvür edə bilmirəm. Ukraynanın təyyarələrə ehtiyacı var. Əgər onlar döyüşlərində qalib gəlmək istəyirlərsə, bu təyyarələrə malik olmalıdırlar. Bu, Danimarkanın arsenalında olan “F-16” qırıcılarına da aiddir” – deyə Danimarkanın müdafiə naziri bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl danimarkalı nazir bildirmişdi ki, Danimarka öz qırıcılarını Ukraynaya təhvil verilməsi məsələsində hələ qəti qərar verməyib.

Mənbə: Radio 4


Вернуться назад