Главная > Manset / Dünya > Rusiya ordusu Xersonu atəşə tutub, 2 nəfər ölüb, 25 nəfər yaralanıb

Rusiya ordusu Xersonu atəşə tutub, 2 nəfər ölüb, 25 nəfər yaralanıb


17-06-2023, 16:54. Разместил: azadses
Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini artilleriya atəşinə tutub.

“Report” xəbər verir ki, bunu vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Xersonda yaşayış məntəqələrini, eləcə də təhsil, inzibati və ticarət müəssisələrinin binalarını hədəf olub. Nəticədə 2 nəfər mülki şəxs həlak olub, 25 sakin yaralanıb.


Вернуться назад