Главная > Manset / İdman > Böyük Dəbilqə: Azərbaycanın 8 cüdoçusu mübarizəyə başlayır
Böyük Dəbilqə: Azərbaycanın 8 cüdoçusu mübarizəyə başlayır16-06-2023, 10:46. Разместил: azadses |
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri bu gün start götürəcək. “Report”un məlumatına görə, ilk gündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq. Kişilərin yarışında 60 kq çəkidə iki cüdoçu mübarizə aparacaq. Həm Kənan İsmayılov, həm də Nazir Talıbov 1/16 finaldan yarışa qoşulacaq. İsmayılov türkmənistanlı Aybek Omirov, Talıbov isə portuqaliyalı Françisko Mendeşlə qarşılaşacaq. Yenidən milliyə qaytarılan Kəramət Hüseynov 66 kq-da 1/16 final görüşünə çıxacaq. Onun rəqibi Tacikistan təmsilçisi Nurali Emomali olacaq. Həmin çəkidəki digər cüdoçu Kamran Süleymanov da eyni raundda tacikistanlı idmançıya rəqib olub. O, Obid Dzebovu üstələməyə çalışacaq. Qadınlarda da 4 cüdoçu iki çəki dərəcəsində çıxış edəcək. 48 kq-da Ramilə Əliyeva 1/16 finalda çinli Xan Şuayxia ilə münasibətlərinə aydınlıq gətirəcək. Leyla Əliyeva isə ilk raunddan azaddır. O, 1/8 finalda Nuraylim Sarsenbeki (Qazaxıstan) sınağa çəkəcək. 52 kq çəkidə Aydan Vəliyeva 1/16 finalda yaponiyalı Ryoko Takeda ilə gücünü sınayacaqsa, Gültac Məmmədəliyeva 1/8 finalda mübarizəyə başlayacaq. Məmmədəliyevanın rəqibi Tolqanay Abeyova (Qazaxıstan) – Ariane Toro Soler (İspaniya) cütünün qalibi olacaq. Qeyd edək ki, Azərbaycan millisi iyunun 18-dək keçiriləcək Böyük Dəbilqəyə 17 cüdoçu ilə yollanıb. Вернуться назад |