Главная > Manset / İdman > Azərbaycan millisinin futzalçısı: "Rumıniya və Niderland yığmaları ilə eyni gücdəyik"

Azərbaycan millisinin futzalçısı: "Rumıniya və Niderland yığmaları ilə eyni gücdəyik"


12-06-2023, 15:45. Разместил: azadses
"Rumıniya, Niderland və Azərbaycan millisi aşağı-yuxarı bərabər gücdədirlər".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Eduardo Borges final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü barədə danışarkən deyib.

Braziliyalı oyunçu Qazaxıstan kollektivinin A qrupunun favoriti olduğunu bildirib: "Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində iştirak ediblər. Bu da rəqibin gücündən və sabit oyunundan xəbər verir. Görüşlər çox maraqlı və gərgin keçəcək. Xüsusilə də hər bir komanda öz meydanındakı matçlarda qələbə qazanmaq üçün bütün gücünü səfərbər edəcək. Vacib olan qarşılaşmalara yaxşı hazırlaşmaq, zədəsiz və cəzasız şəkildə komandaya kömək etməkdir”.

Borges heç bir uğurun asan qazanılmadığını söyləyib: "Tər tökmək, çox çalışmaq lazımdır. İnanıram ki, futzalçıların, məşqçi, texniki və idarə heyətinin gərgin əməyi və fədakarlığı sayəsində yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağıq. Bunun üçün əlimizdən gələni ən yaxşı şəkildə edəcəyik".


Вернуться назад