Главная > Manset / Dünya > Paris meriyası sakinlərə siçovullarla yaşamağı öyrənməyi təklif edir

Paris meriyası sakinlərə siçovullarla yaşamağı öyrənməyi təklif edir


12-06-2023, 10:06. Разместил: azadses
Fransanın paytaxtı Parisin meriyası gəmiricilərin olmasına baxmayaraq, sakinlərin həyatını yaxşılaşdırmağın yollarını axtaracaq "siçovullarla birlikdə yaşamaq" üzrə işçi qrup yaradıb.

“Report” xəbər verir ki, bu barədə CNEWS telekanalı məlumat yayıb.

Parisin səhiyyə üzrə vitse-meri Ann Suyri, qrupun "Parislilərin həyatının dözülməz olmadığını" təmin etmək üçün tədbirlər təklif edəcəyini deyib. Mütəxəssislər "siçovulların yayılması ilə mübarizə üçün iddialı plan" hazırlayacaqlar. O cümlədən, şəhər üçün minlərlə yeni zibil qabları alınacaq və lazım olan yerlərdə zəhər tələləri qoyulacaq. Mütəxəssislər həmçinin zibil atmayan parislilərə təsir etmək üçün tədbirlər tapacaqlar.

Eyni zamanda, Suyri siçovulların leptospiroz xəstəliyini daşıdıqlarına baxmayaraq "ictimai sağlamlıq üçün problem yaratmadığını" vurğulayıb.

Əsasən zibil təmizləyənlər xəstəlik riski ilə üzləşib, lakin peyvənd etmək mümkündür. Merin təşəbbüsü əvvəllər gəmiricilərə qarşı mübarizənin "ölümcül olmayan" üsullarını müdafiə edən heyvanların müdafiəsi təşkilatları tərəfindən dəstəklənib.


Вернуться назад