Главная > Manset / Cəmiyyət > ÜST açıqladı: Meymunçiçəyi ən çox hansı ölkələrdə yayılıb?

ÜST açıqladı: Meymunçiçəyi ən çox hansı ölkələrdə yayılıb?


11-06-2023, 18:42. Разместил: azadses
2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 87,9 mini keçib, 146 nəfər dünyasını dəyişib.

Belə məlumatları şənbə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib.

Məlumata görə, mayın 29-dan iyunun 4-dək olan həftədə yoluxmaların sayı əvvəlki həftə ilə müqayisədə 3% azalıb. Eyni zamanda, Avropa və Cənub-Şərqi Asiyada yoluxma halları yeddi gün ərzində artıb.

Avropada İspaniya və Böyük Britaniya, Cənub-Şərqi Asiyada isə Tayland infeksiyaların sayının artması ilə bağlı ÜST-ə məlumat verib. Mayın 15-dən iyunun 4-dək olan üç həftə ərzində Amerika regionunda ən çox meymunçiçəyinə yoluxma qeydə alınıb ki, bu da bütün halların 41%-ni təşkil edir.
İyunun 5-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-də (30 243) qeydə alınıb. Daha sonra ilk onluqda Braziliya (10 948), İspaniya (7 556), Fransa (4 146), Kolumbiya (4 090), Meksika (4 020), Peru (3 800), Böyük Britaniya (3 753), Almaniya (3 691) və Kanada (1 496) yer alıb.

Xəstəliklərin böyük əksəriyyəti (96,2%) 29-41 yaş arası kişilərdir.

Mənbə: TASS


Вернуться назад