Главная > Manset / Dünya > Ukrayna hərbi kəşfiyyatının sözçüsü ordunun Krıma daxil olacağı vaxtla bağlı açıqlama verib

Ukrayna hərbi kəşfiyyatının sözçüsü ordunun Krıma daxil olacağı vaxtla bağlı açıqlama verib


9-06-2023, 11:19. Разместил: azadses
Ukrayna ordusu Krıma daxil olanda hələ isti mövsüm olacaq.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) sözçüsü Andriy Yusov “Ukrainska pravda”ya müsahibəsində proqnoz verib.

Jurnalist həmsöhbətindən Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun “Ukrayna Silahlı Qüvvələrinin Krıma 2023-cü ilin yazının sonuna kimi daxil olacağı” barədə təkrarlanan sözlərinə münasibət bildirməsini istəyib.

“Biz ssenarilərdən danışırıq və aydındır ki, ssenarilər fərqli şəkildə istifadə oluna və düzəldilə bilər. Bu, bukmeker kontorunda mərc və ya divarda yırtılan təqvimdən deyil... Əlbəttə, düzəlişlər baş verir, lakin ümumi vəziyyət və ümumi qiymətləndirmə dəyişməz olaraq qalır: Ukrayna, şübhəsiz ki, Krımı qaytaracaq”, - Yusov cavab verib.

O, “Ukrayna təhlükəsizlik və müdafiə qüvvələrinin hərəkətlərinin aktiv mərhələsinin və müdafiə əməliyyatının davam etdirildiyinə” işarə edərək, Krımın ehtimal olunan işğaldan azad edilməsi üçün yeni tarix açıqlamayıb.

“Düşünürəm ki, indi konkret tarixləri müzakirə etməyimiz düzgün deyil, amma, düşünürəm ki, [bu baş verəndə hələ] isti olacaq”, - Yusov proqnozlaşdırıb.


Вернуться назад