Главная > Manset / Cəmiyyət > Qoşqar Təhməzli Azərbaycanda süni düyülərin satılması ilə bağlı iddialara münasibət bildirib
Qoşqar Təhməzli Azərbaycanda süni düyülərin satılması ilə bağlı iddialara münasibət bildirib8-06-2023, 15:44. Разместил: azadses |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəmirdən düyü hazırlanması halına rast gəlməyib. "Report" xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib: "Hər bir məhsul kimi düyünün də genetik daşıyıcısı var. O plastik və xəmirdən olarsa, DNK-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir". Вернуться назад |