Главная > Manset / Siyasət > Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib
Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib6-06-2023, 07:59. Разместил: azadses |
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Azərbaycan XİN-dən bildirilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. İyunun 7-də nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Вернуться назад |