Главная > Manset / Cəmiyyət > Kredit məlumatını düzgün verməyən nisyə mal alqı-satqısı edənlər 12 min manatadək cərimələnəcək

Kredit məlumatını düzgün verməyən nisyə mal alqı-satqısı edənlər 12 min manatadək cərimələnəcək


5-06-2023, 19:57. Разместил: azadses
Kredit tarixçələrindəki məlumatı düzgün və vaxtında təqdim etməyən nisyə mal alqı-satqısı ilə məşğul olanlar 12 min manatadək cərimələnəcək.

"Report"un xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilən 440.3-cü bəndində əksini tapıb.

Yeni bəndə əsasən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.


Вернуться назад