Главная > Manset / Dünya > Dünya Bankının prezidenti iqlimlə bağlı çağırış edib
Dünya Bankının prezidenti iqlimlə bağlı çağırış edib3-06-2023, 09:58. Разместил: azadses |
Dünya Bankının (DB) yeni prezidenti Ajay Banqa hesab edir ki, maliyyə institutu iqlim və inkişaf sahəsində proqramların həyata keçirilməsində səylərini ikiqat artırmalıdır. “Report” xəbər verir ki, bu barədə onun bank əməkdaşlara müraciətində deyilir. “İndiki məqam bəşəriyyət və planet üçün son dərəcə vacibdir. DB komandasından liderlik etmək, inkişaf və iqlimlə bağlı səyləri ikiqat artırmaq, yeni nəticələr əldə etmək tələb olunur. bu vəzifələrin yerinə yetirilməsi bütün qüvvələrin tətbiqini tələb edəcəkdir. Ambisiyalarımızı həyata keçirmək bizdən təkamül etməyi, resursları maksimum dərəcədə artırmağı və yeni yanaşmalar, yaradıcı düşüncə, ölçülmüş risk və vətəndaş cəmiyyəti və beynəlxalq institutlarla yeni tərəfdaşlıqlar inkişaf etdirməyi tələb edəcək”-deyə, o bildirib. Вернуться назад |