Главная > Manset / İqtisadiyyat > Rusiyanın beynəlxalq maliyyə ehtiyatları “əriyir”
Rusiyanın beynəlxalq maliyyə ehtiyatları “əriyir”2-06-2023, 14:09. Разместил: azadses |
Rusiya Federasiyasının beynəlxalq maliyyə ehtiyatları ötən həftə ərzində 3 milyard dollar azalaraq 586,3 milyard dollar təşkil edib. Bu barədə Rusiya Bankı məlumat yayıb. “Beynəlxalq ehtiyatların həcmi yenidən qiymətləndirmə, habelə fiskal qayda çərçivəsində həyata keçirilən əməliyyatlar nəticəsində bir həftə ərzində 3 milyard ABŞ dolları və ya 0,5% azalaraq mayın 26-na 586,3 milyard ABŞ dolları təşkil edib.”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, Ukraynada hərbi münaqişəyə başlamazdan öncə 2022-ci ilin yanvar ayına olan məlumata əsasən Rusiyanın ehtiyatları 640 milyard dollara yaxın idi. Mənbə: TASS Вернуться назад |