Главная > Manset / Dünya > Seneqalda etirazlar zamanı 9 nəfər ölüb
Seneqalda etirazlar zamanı 9 nəfər ölüb2-06-2023, 10:02. Разместил: azadses |
Seneqal müxalifət lideri Usman Sonkonun mühakimə olunmasından sonra ölkədə başlayan etirazlarda ən azı 9 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə “Senego” internet portalı ölkənin daxili işlər naziri Antuan Dioma istinadən məlumat yayıb. Daxili işlər naziri də sosial şəbəkələrə girişin məhdudlaşdırıldığını açıqlayıb. Cümə axşamı Dakar Cinayət Məhkəməsi “Seneqalın Vətənpərvərləri Əmək, Etika və Qardaşlıq uğrunda” müxalif partiyasının lideri Usman Sonkonu "azyaşlılara təcavüz"də təqsirli bilib. Hökm elan edildikdən sonra Dakar və ətraf rayonlarda iğtişaşlar başlayıb, iştirakçılar avtomobillərin təkərlərini yandırıb və polislə toqquşublar. Вернуться назад |