Главная > Manset / Dünya > AEBA İranın məxfi nüvə təsisatlarında təhqiqat aparır
AEBA İranın məxfi nüvə təsisatlarında təhqiqat aparır31-05-2023, 10:04. Разместил: azadses |
“İranda fəaliyyət göstərən 3 məxfi nüvə təsisatı ilə bağlı təhqiqatlar davam edir”. “Report”un ABŞ bürosu xəbər verir ki, bunu Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib. R. Qrossi bildirib ki, agentliyin İrandakı nüvə proqramının vəziyyəti ilə bağlı hesabatı yaxın günlərdə dərc olunacaq: “İranla bir sıra məsələlər üzərində işləyirik. Biz onların bəziləri üzrə irəliləyiş əldə etsək də, bəziləri hələ də sual altındadır. Belə demək mümkünsə, çox mürəkkəb problemlər toplusudur. Üç fərqli yerdə vəziyyətə aydınlıq gətirməliyik. Bildiyiniz kimi, Tehranda imzaladığımız birgə bəyannaməyə əsasən agentliyin müfəttişlərinin İranda zəruri fəaliyyətlərinin davam etdirməsi ilə bağlı razılıq əldə olunmuşdu. Bura AEBA-nin əlavə monitorinq imkanlarına sahib olmaq məsələsi də daxildir. İrəliləyişlə bağlı suallara aydınlıq gətirməyə çalışacağıq”. Вернуться назад |