Главная > Manset / Dünya > Ərdoğan müxalifət tərəfdarlarına səslənib: "Bizim qələbəmiz bütün Türkiyənin zəfəri olacaq"
Ərdoğan müxalifət tərəfdarlarına səslənib: "Bizim qələbəmiz bütün Türkiyənin zəfəri olacaq"27-05-2023, 17:28. Разместил: azadses |
“Bizim qələbəmiz bütün Türkiyənin zəfəri olacaq. Demokratiyamız qalib gələcək”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Beykoz rayonunda çıxışı zamanı deyib. O, müxalifət tərəfdarlarına da səslənib: “Sabah, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda müxalifət tərəfdarlarının da bizə səs verəcəyinə inanıram”. Ərdoğan bütün vətəndaşları səsvermədə iştirak etməyə və səslərinə sahib çıxmağa çağırıb. Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək. Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb. S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb. Вернуться назад |