Главная > Manset / Dünya > Asensio PSJ ilə danışıqlar aparıb və Paris klubuna keçməyə meyillidir

Asensio PSJ ilə danışıqlar aparıb və Paris klubuna keçməyə meyillidir


27-05-2023, 16:55. Разместил: azadses
“Real Madrid”in hücumçusu Marko Asensio bu yay azad agent kimi PSJ-yə keçməyə yaxındır.

“Report” xəbər verir ki, bu barədə “ESPN US” məlumat yayıb.

Mənbənin məlumatına görə, ispaniyalının nümayəndələri artıq Paris klubu ilə danışıqlar aparıb. Futbolçunun bütün təklifləri arasında PSJ-yə keçmək onun üçün ən cazibədar görünür. Futbolçuya "Aston Villa", "Yuventus" və "Milan" da maraq göstərir.

Daha əvvəl Asensionun 2023-cü ilin iyununda başa çatacaq müqaviləni yeniləməkdən imtina etdiyi və mövsümün sonunda Madrid klubunu tərk edəcəyi bildirilmişdi.


Вернуться назад