Главная > Manset / Dünya > Ukrayna “Taurus” qanadlı raketlərinin tədarükü tələbi ilə Almaniyaya müraciət edib

Ukrayna “Taurus” qanadlı raketlərinin tədarükü tələbi ilə Almaniyaya müraciət edib


27-05-2023, 11:03. Разместил: azadses
Ukrayna rəsmi olaraq Almaniyadan “Taurus” qanadlı raketlərini təqdim etməyi ilə bağlı müraciət edib.

“Report”un “Der Spiegel”ə istinadən verdiyi məlumata görə, son günlər Ukrayna tərəfindən müvafiq sorğu daxil olub.

“Frankfurter Allgemeine Sonntagszeitung” həmçinin bildirib ki, Prezident Volodimir Zelenski mayın əvvəlində Berlinə səfəri zamanı kansler Olaf Şoltsla “Taurus”un tədarükü barədə danışıb.

Qeyd edək ki, “Taurus” pilotsuz döyüş silahıdır, qırıcıdan buraxılır və 400 kiloqramlıq döyüş başlığını 500 kilometrdən çox mənzilə çatdıra bilir. Raket komanda bunkerləri və ya sursat anbarları kimi bərkidilmiş hədəflərə qarşı effektiv silah hesab edilir.


Вернуться назад