Главная > Manset / Cəmiyyət > Sinan Oğan: "Ərdoğanın Azərbaycanla bağlı siyasətini həmişə dəstəkləmişəm və dəstəkləyirəm"
Sinan Oğan: "Ərdoğanın Azərbaycanla bağlı siyasətini həmişə dəstəkləmişəm və dəstəkləyirəm"26-05-2023, 18:20. Разместил: azadses |
"Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini həmişə dəstəkləmişəm və dəstəkləyirəm" "Report" xəbər verir ki, bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan "CNN Türk"ə müsahibəsində deyib. O söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialar yanlışdır. S.Oğan bu iddia ilə çıxış edənlərə ritorik sual ünvanlayıb: "Məgər azad iradəmizlə kimisə seçə bilmərik?". Siyasətçi bəzilərinin əsassız ssenarilər ortaya atdığını söyləyib. O, bu cür əsassız iddiaları ortaya atanlardan sübut və dəlil tələb edəcəyini vurğulayıb və həmin şəxsləri məhkəməyə verəcəyini açıqlayıb. S.Oğan həmçinin Türkiyə Prezidenti, "Cümhur İttifaqı"nın prezidentliyə namizədi R.T.Ərdoğandan heç bir tələbinin olmadığını xatırladıb. O, həmçinin "Millət İttifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan da nəsə istəmədiyini qeyd edib. Bununla yanaşı siyasətçi bildirib ki, K.Kılıçdaroğlu ilə görüşdə onun tələblərini yerinə yetirməyə hazır olduğunu söyləyib. Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək. Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb. S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb. Вернуться назад |