Главная > Manset / İdman > Bu gün Azərbaycan cüdoçuları Avstriya Qran-Pri turnirində mübarizəyə başlayırlar
Bu gün Azərbaycan cüdoçuları Avstriya Qran-Pri turnirində mübarizəyə başlayırlar25-05-2023, 11:10. Разместил: azadses |
Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək. “Report”un xəbərinə görə, turnirin birinci günündə yeddi cüdoçumuz tatami üzərinə çıxacaq. Nazir Talıbov mərakeşli Younes Saddiki, Əhməd Yusifov (hər ikisi 60 kq) Dilan Munro (Böyük Britaniya), Kamran Süleymanov (66 kq) Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası), Leyla Əliyeva Sloveniya cüdoçusu Marusa Stanqar, Şəfəq Həmidova (hər ikisi 48 kq) serbiyalı Nevena Miliç, Gültac Məmmədəliyeva (52 kq) Karina Klaus-Sternvieser (Avstriya) - Erza Muminoviq (Kosova) görüşünün qalibi, Fidan Əlizadə (57 kq) isə Mariya Ruiz Muro (İspaniya) ilə qarşılaşacaq. Mayın 27-dək davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu tatami üzərinə çıxacaq. Вернуться назад |