Главная > Manset > Zakir Həsənov generalla bağlı başsağlığı verdi
Zakir Həsənov generalla bağlı başsağlığı verdi9-08-2020, 11:35. Разместил: azadses |
Müdafiə Nazirliyi general Çingiz Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb. "Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bağsağlığında deyilir: Azərbaycan Ordusuna ağır itki üz verib. Uzun sürən xəstəlikdən sonra istefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu 2020-ci il avqust ayının 9-da vəfat edib. Ç.Məmmədov 15 fevral 1951-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Rostov Ali Hərbi Məktəbinə daxil olub. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1981-ci ildə F.E.Dzerjinski adına Hərbi Akademiyaya daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Divizion komandiri, qərargah rəisi, strateji təyinatlı raket qoşunlarının alay komandiri vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildən 2014-cü ilədək isə Müdafiə nazirinin müavini vəzifələrində xidmət edib. Ç.Məmmədov 2014-cü ildə ehtiyata buraxılıb. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək orden və medallarla təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi. İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. ALLAH rəhmət eləsin! Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov general-polkovnik Kərəm Mustafayev general-leytenant Kərim Vəliyev general-leytenant Ramiz Tahirov general-leytenant Nizam Osmanov. Вернуться назад |