Главная > Manset / İdman > Salvadorda futbol stadionunda baş verən izdihamda 9 nəfər ölüb

Salvadorda futbol stadionunda baş verən izdihamda 9 nəfər ölüb


21-05-2023, 09:03. Разместил: azadses
Salvadorda “Alyans” və “FAS” komandaları arasında keçirilən oyun zamanı “Kuskatlan” stadionunda yaranan izdihamda azı 9 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” milli polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq izdiham yaradıblar.

Yaranan izdihamda 9 nəfər ölüb, onlarla insan yaralanıb. Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağırdır.


Вернуться назад