Главная > Manset / Dünya > İtaliyanın Baş nazirinin Qazaxıstana səfəri daşqınlar səbəbindən ləğv edilib
İtaliyanın Baş nazirinin Qazaxıstana səfəri daşqınlar səbəbindən ləğv edilib21-05-2023, 09:20. Разместил: azadses |
İtaliyanın Baş naziri Corca Meloninin mayın 22-də Qazaxıstana planlaşdırılan səfəri ölkənin şimalında baş verən təbii fəlakət səbəbindən ləğv edilib. “Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay bildirib. “İtaliya hökuməti başçısının Astanaya öncədən elan olunmuş işgüzar səfəri baş tutmayacaq. İtaliya tərəfi Prezidentlə (Kasım-Jomart Tokayev) Corca Meloni arasında telefon danışığının keçirilməsini istəyib”, - Jeldıbay bazar günü sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Emiliya-Romanya bölgəsini vuran və çoxsaylı insan tələfatına səbəb olan güclü daşqınlar səbəbindən Meloni Yaponiyanın Hirosima şəhərində keçirilən “G7” sammitində iştirakını vaxtından qabaq dayandırıb və təbii fəlakətdən zərər çəkmiş yerləri ziyarət etmək üçün İtaliyaya qayıdıb. Xatırladaq ki, İtaliyanın şimal-şərqində daşqınlar səbəbindən 36 600-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Вернуться назад |